Modern.az

Ronaldodan növbəti HET-TRİK

Ronaldodan növbəti HET-TRİK

İdman

31 Mart 2024, 17:51

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda növbəti qollarını vurub.

 

Modern.az xəbər verir ki, 39 yaşlı hücumçu yerli çempionatın XXV turunun matçında het-trik edib.

 

Təcrübəli forvard "Əl-Tai"yə 5:1 hesabı ilə qalib gəldikləri oyunun 65, 67 və 87-ci dəqiqələrində fərqlənib.

 

O, cari mövsüm liqadakı qollarının sayını 26-ya çatdırıb.

 

Qeyd edək ki, "Əl-Nəsr" hazırda 59 xalla ikinci pillədə qərarlaşıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…