Modern.az

İsrailin hərbi kəşfiyyat idarəsinin rəhbəri istefa verdi

İsrailin hərbi kəşfiyyat idarəsinin rəhbəri istefa verdi

Dünya

22 Aprel 2024, 12:07

İsrailin hərbi kəşfiyyat idarəsinin rəhbəri Aharon Haliva istefa verib.

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Hərbi kəşfiyyat idarəsinin rəisi general-mayor Aharon Haliva Baş qərargah rəisi ilə razılaşaraq, 2023-cü ilin 7 oktyabr hadisələrinə görə məsuliyyət daşıdığına üçün istefa verib”, - məlumatda qeyd edilib.

Bildirilib ki, İsrailin müdafiə naziri Yoav Qalant onun istefasını qəbul edib. A.Haliva onu əvəzləyəcək şəxs təyin edildikdən sonra fəaliyyətini dayandıracaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!