Modern.az

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - FOTO

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - FOTO

Aktual

29 Aprel 2024, 10:08

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Modern.az-a verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

 

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 6 kiloqram 450 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

 

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək