Modern.az

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu BAŞLADI

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu BAŞLADI

Mədəni̇yyət

6 May 2024, 14:00

Bu gün 2024/2025-ci tədris ili üçün musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb.

 

Modern.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki həmin məktəblərə şagird qəbulu ilk dəfə olaraq elektron qaydada həyata keçirilir.

 

Mayın 6-sı 12:00-dan start götürən qəbul prosesi "my.culture.az" vahid şəxsi kabineti vasitəsilə mayın 31-dək həyata keçiriləcək.

 

Qeyd edək ki, mayın 6-31-də tez və ya gec müraciət etməsindən asılı olmayaraq bütün müraciətlər bərabərhüquqlu hesab edilir və müraciəti təsdiqlənmiş şəxslər növbəti imtahan mərhələsinə vəsiqə qazanır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi