Modern.az

Qohumunun 28 min manatını mənimsəyən şəxs saxlanıldı 

Qohumunun 28 min manatını mənimsəyən şəxs saxlanıldı 

Aktual

8 May 2024, 08:04

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları dələduzluq edən paytaxt sakini Sədulla Seyfullayevi saxlayıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, onun zərərçəkmişə həbsdə olan qohumunun azad olunmasına köməkliklər edəcəyi ilə bağlı yalan vədlər verərək 28000 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən edilib.

 

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin cinayət işi başlanılıb, S.Seyfullayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polisə məlumat verə bilərlər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi