Modern.az

Sahibini gözləyən ali mükafat - “Şah İsmayıl” ordeni niyə heç kimə verilmir?

Sahibini gözləyən ali mükafat - “Şah İsmayıl” ordeni niyə heç kimə verilmir?

29 Noyabr 2013, 06:32

Azərbaycanın ali hərbi ordeni olan “Şah İsmayıl”ın təsis olunmsından 20 il keçir

Azərbaycanın ali ordenlərindən biri uzun illərdir ki, heç bir təltif siyahısında yer almır. Modern.az-ın apardığı araşdırmaya görə, ölkənin ali hərbi ordeni statusunda olan “Şah İsmayıl” ordeni ilə indiyə qədər kimin təltif olunması qaranlıq qalır.

“Şah İsmayıl” ordeni  1993-cü ildə prezident Əbülfəz Elçibəyin fərmanı ilə təsis edilib. 1993-cü il dekabrın 6-da Milli Məclis “Şah İsmayıl” ordeninin statusunu və təsvirini təsdiq edib. Orden özünün statusuna görə çox yüksəkdir. Azərbaycanın ali hərbi ordeni olan “Şah İsmayıl” ordeni ilə Silahlı Qüvvələrin ali zabitləri, hərbi hissələrin və birləşmələrinin komandirləri təltif edilməlidir.

Orden ordunun təşkilində və möhkəmləndiriməsində xüsusi sidmətlərinə görə, görkəmli sərkərdəlik fəaliyyətinə görə, fövqaladə halların nəticələrini aradan qaldırmasında xüsusi xidmətlərinə görə verilir. “Şah İsmayıl” ordeninin taxılma statusu onun ali mükafat olduğnu bir daha subut edir. Belə ki, Milli Məclisin təsdiqlədiyi “Ordenlərin taxılması qaydaları haqqında” sənədə görə, “Şah İsmayıl” ordeni “İstiqlal” ordenindən sonra taxılır. Bu, “Heydər Əliyev” ordenindən sonra 3-cü ordendir. 

“Şah ismayıl” ordeni düzgün səkkizgüşəli ulduz şəklindədir və gümüşdəndir. Ulduzun mərkəzində üzü qızıl suyuna salınmış lövhə fonunda Şah İsmayılın əksi profildən təsvir edilib. Arxa tərəfdə “Şah İsmayıl” yazılıb. Ondan aşağıda ordenini nömrəsi həkk edilib.

İnternetdə bununla bağlı apardığımız axtarış heç bir nəticə vermədi. Bütün səylərimizə rəğmən, son 15 ilin heç bir rəsmi sərəncam və fərmanlarında “Şah İsmayıl” ordeni ilə təltif edilmiş şəxsin adını tapa bilmədik. Belə görünür bu orden hələ öz sahibini tapmayıb.  

Azərbaycan hökmdarı olan Şah İsmayıl Səfəvilər dövlətinin banisi və ilk şahı olub. Azərbaycan türkcəsi tarixdə ilk dəfə dövlət dili kimi Şah İsmayıl Xətai zamanında istifadə olunub.

Xaqani SƏFƏROĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!