Modern.az

Daxili işlər nazirini öldürmək istədilər

Daxili işlər nazirini öldürmək istədilər

29 Yanvar 2014, 19:13

Liviyanın daxili işlər naziri Seddik Abdelkərimə qarşı sui-qəsd cəhdi olub. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, bu gün işə gedərkən naməlum şəxslər ona Tripolidə hücum ediblər. Baş nazirin müavini postunu da tutan Abdelkərimi öz avtomobilində atəşə tutulsa da, heç kəs xəsarət almayıb. Bu, artıq son ayda yüksək vəzifəli məmura qarşı ikinci hücumdur. Yanvarın 12-də Sirtdə sənaye nazirinin müavini Hasan  əl-Druini yerli silahlılar güllələyərək qətlə yetiriblər.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!