Modern.az

“Autizm” ana bətnindən başlayır-DİQQƏT

 “Autizm” ana bətnindən başlayır-DİQQƏT

Təhsil

28 Mart 2014, 21:28

Amerikalı alimlər autizmin ana bətnindən başlandığını göstərən yeni dəlillər aşkara çıxarıblar.  

Modern.az saytı xəbər verir ki, "New England Journal of Medicine" jurnalında dərc olunmuş araşdırmaya görə, doğumdan çox əvvəl inkişaf etməkdə olan beyinin bəzi bölgələrində meydana gələn dəyişikliklər nəticəsində Autizm Spectrum pozğunluğu (ASP) yaranır.

San-Diyeqodaki Kaliforniya Universiteti və Seatledakı Allen Nevrologiya İnstitutu araşdırmaçıları 2-15 yaş arasında olan, bəziləri otistik, bəziləri isə sağlam olan 22 uşağın beyin toxumalarını müayinə ediblər.

Onlar beyinin korteks qisiminin necə inkişaf etdiyi və layların necə meydana gəldiyini görmək üçün bəzi genetik analizlərdən istifadə ediblər.

Autizmli uşaqlardan alınan toxuma nümunələrinin 90%-də anomaliyaya rast gəlinsə də, bu hal normal uşaqlarda cəmi 10% təşkil edib.

Nevroloji dəyişikliklərin doğumdan çox əvvəl beynin ünsiyyət mərkəzi ilə dil mərkəzində meydana gəldiyi məlum oldu.

Kaliforniya Universitetinin neyroloq alimi Prof. Eric Courchesne, "Dəyişikliklərin bütün beyin kortekstində deyil, eyni zamanda beynin digər hissələrində də meydana gəldiyinin kəşfi autizmin təbiətini anlamağa kömək edəcək" deyib.

Courchesne, beyinin daha yaxşı araşdırılmasının autizmli uşaqların həyatlarının yaxşılaşdırılmasına kömək edəcəyinə də diqqəti çəkib.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!