Modern.az

Ən çox adam öldürülən ölkə ABŞ-dır - SİYAHI

Ən çox adam öldürülən ölkə ABŞ-dır - SİYAHI

Dünya

10 Aprel 2014, 17:33

BMT-nin məruzəsinə görə, dünyada adam öldürülən ölkələr sırasında ABŞ birinci yeri tutur. Modern.az xarici KİV-ə istinadən bildirir ki, dinc dövrdə hər 100 min nəfərə nisbətdə ölüm faktına görə ABŞ Afrikanı da geridə qoyur. Belə ki, 2012-ci ildə Hondurasda hər 100 min nəfərə düşən ölüm göstəricisi 90,4, Venesuelada 53,7 olub.

Məruzədə qeyd edilir ki, bu situasiya mütəşəkkil cinayətkarlığın artması səbəbindən yaranıb. BMT-nin narkotiklər və cinayətkarlıq üzrə idarəsinin məruzəsində qeyd edilir ki, Mərkəzi Amerikada da ölüm sayı artıb. Belə ki, Belizdə hər 100 min əhalinin 44,7-si, Salvadorda isə 41,2-si öldürülür. Bundan əvvəlki hesabatda Honduras siyahıya başçılıq edir, Salvador ikinci, Venesuela isə üçüncü yeri tuturdu. 2012-ci ildə bütün dünyada törədilən 437 min qətlin demək olar 40 faizi Amerikanın, xüsusilə bu ölkənin mərkəzi və cənub hissələrinin payına düşür. ABŞ-da adam öldürülməsi daha çox mütəşəkkil cinayətkarlıqla bağlıdır.

Mütəşəkkil cinayətkarlıqla bağlı ölüm hallarının yüksək olduğu öləkələr Qvatemala (hər 100 min nəfərə 39,9 ölüm), Cənubi Afrika (31), Kolumbiya (30,8) və Braziliyadır (25,2 nəfər).

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?