Modern.az

Azərbaycanlı təyyarə qaçırmaq istədi

Azərbaycanlı təyyarə qaçırmaq istədi

Dünya

27 Aprel 2014, 19:44

Azərbaycan vətəndaşı Kopenhagen-Oslo marşrutu ilə uçan təyyarəni qaçırmağa cəhd edib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu, Ramin Musayev olub. Məlumatda qeyd edilir ki, Kopenhagendən Osloya uçan təyyarənin sərnişinlərindən biri qışqıraraq özü ilə götürdüyü yükdə bomba olduğunu deyib. Bundan sonra təyyarə İcveçin Geteborq şəhərinə məcburi eniş edib, şübhəli bilinən şəxsi polis əməkdaşları saxlayıblar.
Məlumata görə, bu Ramin Musayevin ilk təyyarə qaçırmaq cəhdi deyil. O, 1993-cü ildə ailəsi ilə Tümen-Sankt-Peterburq marşrutunu yerinə yetirən təyyarədə uçurmuş. Ramin Musayevin o vaxt pilotlarə təyyarəni partladacağı ilə hədələyərək ABŞ-a uçmağı tələb edib. Tələbi qismən yerinə yetirilib və təyyarə Stokholm hava limanın eniş edib. Ramin Musayev burada ailəsi ilə İsveçdən siyasi sığınacaq tələb edib, lakin həbs olunaraq Rusiyaya ekstradasiya edilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək