Modern.az

Almaniyadakı diaspor təşkilatı Nazim İbrahimovdan rəsmən kömək istədi

Almaniyadakı diaspor təşkilatı Nazim İbrahimovdan rəsmən kömək istədi

Təhsil

2 Sentyabr 2014, 18:24



Maddi çətinliklərə görə bağlanma təhlükəsi ilə qarşı-qarşıya qalan Alman-Azərbaycan Mədəniyyət Evi Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimova müraciət ünvanlayıb. Bu barədə Modern.az-a mədəniyyət evinin icraçı direktoru Rəşad Quliyev məlumat verib.

Müraciətdə öncə Köln şəhərində fəaliyyət göstərən mədəniyyət evinin gördüyü işlər sadalanır. Bundan sonra Komitə rəhbərindən sözügedən diaspor təşkilatının bağlanmaması üçün bir yardım istənilir.
“İnanırıq ki, gün-gündən zənginləşən, iqtisadi cəhətdən regionda lider dövlətə çevrilən ölkəmizin rəhbərliyində təmsil olunan şəxs kimi bu məsələdə öz sözünüzü deyəcək və təşkilatın qapanmaması üçün əlinizdən gələni əsirgəmiyəcəksiniz”.

Qeyd edək ki, bu sənəddən əvvəl də Dövlət Komitəsi məlum məsələ ilə bağlı N. İbrahimovun adına rəsmi qaydada müraciət edilməsinin vacibliyi vurğulanmışdı.  

Rüfanə GÜNƏŞ
 
Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək