Modern.az

Bu gün Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək

Bu gün Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək

İdman

7 May 2024, 09:36

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.

 

Modern.az xəbər verir ki, PSJ Fransada Almaniyanın "Borussiya" (Dortmund) klubunu qəbul edəcək.

 

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü italiyalı Daniele Orsato idarə edəcək.

 

Dortmunddakı ilk matçda meydan sahibləri qələbə qazanıb - 1:0.

 

Qeyd edək ki, yarımfinal mərhələsinin digər cavab oyununda "Real" İspaniyada Almaniyanın "Bavariya" kollektivini sınağa çəcək. Münhendəki qarşılaşmada heç-heçə (2:2) qeydə alınıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi