Modern.az

"APA Holding" 3 saytın bağlanmasına aydınlıq gətirdi

"APA Holding" 3 saytın bağlanmasına aydınlıq gətirdi

2 Mart 2015, 12:18


"APA Holding" bu media quruluşuna daxil olan bir neçə saytın bağlanmasına aydınlıq gətirib. "APA Holding"in bununla bağlı yaydığı açıqlamada bildirilir ki, holdinqin fəaliyyətində struktur dəyişikliyi edilib. 

Şirkətin Direktorlar Şurasının qərarı ilə holdinqə daxil olan kulis.az, ailem.az və avtolent.az saytlarının fəaliyyəti dayandırılıb. 

Qərarın verilməsinə səbəb layihələrin biznes baxımından rentabelli hesab olunmamasıdır.

 Bundan sonra saytların arxivi saxlanmaqla lent.az-da eyni adlı rubrikalar fəaliyyətini davam etdirəcək.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək