Modern.az

Olland Putini təriflədi, Qərbi ittiham etdi: "Onlar heç barmaqlarını da tərpətmədilər"

Olland Putini təriflədi, Qərbi ittiham etdi: "Onlar heç barmaqlarını da tərpətmədilər"

21 Mart 2015, 12:55

"Vladimir Putin möhkəm adamdır. Vladimir Putin hər şeydən öncə Rusiya prezidentidir və mən nə vaxt onunla danışıram, deməli Rusiya ilə danışıram. Mən bu ölkədə böyük hörmətlə yanaşıram. Rusiya böyük, dost ölkədir".

Modern.az-ın verdiyi xəbərə görə bunu Fransa prezidenti Fransua Olland  "Society Magazine" nəşrinə müsahibəsində deyib.
O bildirib ki, Rusiya lideri Vladimir Putinin öz maraqları, baxışları və metodları var. Kreml başçısını xarakterizə edən Fransa rəhbəri qeyd edib ki, Vladimir Putin həmişə hamının başa düşəcəyi dildə danışmır.

"Buna görə də mən z fikirlərini düzgün ifadə edən dövlət başçısı ilə açıq, birbaşa danışmağı qərara aldım",-deyə Olland əlavə edib.

Ukrayna münaqişəsi ilə bağlı aparılan danışıqları da şərh edən Olland müqayisə üçün Suriya probleminin həlli ilə əlaqədar başlayan müzakirələrə toxunub:

"2012-ci ilin avqustunda Putinlə Almaniya kansleri Angela Merkel Suriya münaqişəsinin həlli ilə bağlı danışıqlar aparırdılar. Onlar güman edirdilər ki, sadəcə olaraq Vladimir Putinlə danışmaq kifayətdir. Amma bunlar aylardır qan tökən şəxsain qarşısında heçş bir şey etmədilər. Onlar öz xalqına qarşı kimyəvi silah tətbiq edən Bəşər Əsədə heç barmaqlarını da tərpətmədilər. Hansı tələblər?

Bu necə də sadəlövhlükdür. Beynəlxalq hüququn kobud şəkildə pozulması zamanı sanksiyalar lazımdır. Necə ki, Krıma müdaxilə zamanı beynəlxalq hüququn qaydaları kobud şəkildə pozulmuşdu. Gücdən istifadə edənlər onların nəticələri barədə düşünməyə vadar edirlər. Məhz bu baxımdan Ukrayna böhranının nizamlanması barədə Merkellə biz Rusiya və Ukrayna prezidentləri ilə Minsk razılaşması təşəbbüsünü öz üzərimizə götürdük".

Fransua Olland Rusiya rəhbərinin güc vasitəsi ilə öz istəklərinə nail olması haqınbdakı suala da cavab verib. Onun fikrincə, diplomatiya güc olmadan da keçinə bilər.

"Rusiyanın əsas martağı odur ki, Ukrayna NATO-nun bir hissəsi olmasın. Çünki Rusiya bunu özü üçün təhlükə hesab edir. Yeri gəlmişkən, Fransa bu mövqeyi dəstəkləmir. Avropöanın marağı ondadır ki, Rusiya ilə dialoq aparsın. Çünki Rusiya böyük ölkədir. Şəxsi münasibətlər xarici siyasətdə müəyyən rol oynayır. Amma reallıqları, planları bə maraqları unutmaq olmaz".

Aqşin Kərimov

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü