Modern.az

“Çiçəklənən Ermənistan”ı 11 deputat tərk edib

“Çiçəklənən Ermənistan”ı 11 deputat tərk edib

Dünya

28 Mart 2015, 00:30

“Çiçəklənən Ermənistan” Partiyasının parlament fraksiyasının 25 deputatı qalıb. Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, bu haqda martın 27-də keçirilən brifinqdə partiyanın deputatı, həm də mətbuat katibi Vaan Babayan məlumat verib. Onun sözlərinə görə, fevral ayının əvvəllərində 36 deputatdan 11-i partiyadan çıxmaqla bağlı bəyanat verib. Babayan bundan sonra da partiyanı hansısa deputatın tərk edəcəyi ilə bağlı konkret faktının olmadığını qeyd edib.

Partiyanın keçmiş sədri Qaqik Tsarukyanın martın 5-də “Çiçəklənən Ermənistan”dan çıxması ilə bağlı bəyanatına gəldikdə, mətbuat katibi bunu deyib: “Bir daha təkrar edirəm ki, partiyanı tərk etməklə bağlı 11 deputat ərizə ilə müraciət edib”.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü