Oktyabrın 14-də Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi Kitabxanada şəhər ağsaqqalları ilə görüş keçiriləcək. Modern.az Sumqayıt şəhər İcra Hakimiyyətinə istinadən xəbər verir ki, “Ağsaqqal sözü, ağbirçək öyüdü” adı altında təşkil olunacaq tədbir oktyabrın 14-də saat 15.00-da baş tutacaq. Görüşdə 60 yaşlı şəhərin mədəni həyatı və bu işdə şəhər ağsaqqallarının fəaliyyəti müzakirə ediləcək.