Modern.az

Sərxoş polislər prezidentin kortejini atəşə tutub

Sərxoş polislər prezidentin kortejini atəşə tutub

2 İyun 2015, 10:59

İçkili vəziyyətdə olan iki polis əməkdaşı Boliviya prezidenti Evi Moralesin təhlükəsizlik xidmətinin avtomobilinə atəş açıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, insident Koçabamba şəhərində qeydə alınıb. Hadisə zamanı xidmətdə olmayan polislər mülki geyimdə olublar. Yolda onların Moralesin təyyarəsinin pilotunu hava limanına gətirməyə gedən prezident kortejinin avtomobilinin sürücüsü ilə münaqişələri yaranıb. Boliviya prezidenti Sukre şəhərinə uçmağa hazırlaşırmış

Polislərin açdığı atəş kortejdəki avtomobilin arxa hissəsinə dəyib və heç kim xəsarət almayıb. Şübhəlilər saxlanılıblar, onlara qarşı ölümə cəhdlə bağlı ittiham irəli sürülüb.

 

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü