Modern.az

Avropada ilin futbolçuları adına namizədlər müəyyənləşdi

Avropada ilin futbolçuları adına namizədlər müəyyənləşdi

Dünya

13 Avqust 2015, 15:30



Avropanın ali futbol qurumu olan UEFA 2015-ci il üçün ilin futbolçusu adına namizəd olacaq futbolçuların adlarını müəyyənləşdirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, müəyyən edilən onluğun 3 favoriti artıq məlumdur. Bunlar İspaniyanın “Barselona” klubunun hücumçuları Leonel Messi və Luis Suares və  “Real”ın oyunçusu Kristiano Ronaldodur.

Onluqda yer alan digər futbolçular isə bunlardır: Canluicci Buffon ("Yuventus"), Karlos Teves (hazırda vətəni Argentinada oynayır), Paul Poqba, Andrea Pirlo (hamısı “Yuventus”) Arturo Vidal (“Bavariya”), Eden Hazard (“Çelsi”), Neymar (“Barselona”).  

Elmin NURİ  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi