Modern.az

İŞİD-dən qandonduran qəddarlıq - Girovları dəyənəklə döyürlər - VİDEO

İŞİD-dən qandonduran qəddarlıq - Girovları dəyənəklə döyürlər - VİDEO

Dünya

23 Oktyabr 2015, 16:53

İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının vəhşiliyini əks etdirən yeni kadrlar sosial şəbəkələrdə böyük rezonans doğurub.

Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Suriyanın Latakiya bölkəsindəki Ştebrak kəndini ələ keçirən İŞİD terrorçuları girov götürdükləri kənd sakinlərini dəyənək və qamçı ilə döyürlər.

Suriya ordusunun məhv etdiyi əfqanıstanlı döyüşçünün üzərindən aşkarladığı videokadrlarda 35 ələvi təriqətli kişinin işgəncələrə məruz qaldığı, hətta bu işgəncələrdə azyaşlı uşaqların da iştirak etdiyi sərgilənib. Çəkilişlər başa çatdıqdan sonra isə girovların başları kəsilib.

Modern.az həmin dəhşətli anları təqdim edir.



Vüqar İsmayılov
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü