Modern.az

Suriyada daha bir iranlı general öldürüldü

 Suriyada daha bir iranlı general öldürüldü

Dünya

24 Oktyabr 2015, 10:37

Suriyada gedən döyüşlərdə İran ordusunun daha bir generalı öldürülüb. Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, İran İslam İnqilabının Mühafizəsi Korpusunun generalı Rza Xəvari Xama vilayəti uğrunda gedən döyüşlərdə həlak olub.

“Mühafizə Korpusunun “Fatimiyyə” diviziyasının briqada generalı Rza Xəvari Suriya ordusunun hərbi məsləhətçisi kimi Xama vilayətinin şimalında “İslam dövləti” qruplaşması ilə gedən döyüşlərdə həlak olub”- deyə “Fars” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, təkcə son 2 gündə Suriyada 8 iranlı hərbçi ölüb.

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək