Modern.az

Rus fotoqraf işğal bölgəsinə getdi - İran Qarabağda su anbarı tikir - FOTOLAR+YENİLƏNİB

Rus fotoqraf işğal bölgəsinə getdi - İran Qarabağda su anbarı tikir - FOTOLAR+YENİLƏNİB

Reportaj

26 Dekabr 2015, 12:27

Rusiyalı fotoblogger və səyahətçi Sergey Novikov Azərbaycanın işğal altındakı torpaqlarına səfər edib. Modern.az saytı xəbər verir ki, fotoqraf səfərdən hazırladığı reportajda işğal altındakı torpaqlarımızda yaradılan qondarma “Dağlıq Qarabağ Respublikası” ilə İran arasında mövcud iqtisadi münasibətlərə də toxunub.

Novikov Araz çayı üzərində tarixi “Xudafərin” körpüsü ilə yanaşı, İran tərəfinin yeni körpü və “Xudafərin” su anbarı inşa etdiyini yazıb. O, Cəbrayıl rayonu ərazisindəki bu su anbarının tikintisinin 1990-cı ildə başladığını, lakin SSRİ-nin süqutundan sonra layihəsinin dondurulduğunu yazır. Sonaradan isə İran rəsmləri Bakının deyil, Qarabağ separatçılarının icazəsi ilə layihəni davam etdirməyə başlayıblar.

“Körpülərin yanında, Arazın hər iki sahilnidə İran yeni hidroqovşaq inşa edir. Tikinti 1990-cı ildə Sovet İttifaqının icazəsi ilə başlansa da, 1 il sonra dövlət çökdü. Qarabağda başlanan müharibə isə layihəni 20 il müddətinə dondurdu. İndi Azərbaycanın etirazına baxmayaraq, tikinti işləri davam edir və iranlılar bunun üçün əraziyə faktiki nəzarət edən Dağlıq Qarabağdakı “hakimiyyətdən”  icazə alıblar”.

Sergey Novikov Dağlıq Qarabağa etdiyi səyahət çərçivəsində Cəbrayıl, Şuşa, Xankəndi və Xocavənd rayonları ilə yanaşı, hazırda xarabalığa çevrilən Ağdama da gizli səfər etməsindən yazır. Onun sözlərinə görə, Qarabağda ev tikmək üçün daş materialı axtaran ermənilər Ağdama üz tuturlar. Bundan başqa, şəhərin mərkəzi hissəində bir neçə kilometr uzunluğunda tank əleyhinə xəndəklər qazılıb. Şəhərdəki yeganə dağıdılmamış obyekt – Ağdam məscidi (Cümə məscidi) isə baxımsız haldadır.

“İndiki şəraitdə ağdamlıların doğma evlərinə qaytıması ehtimalı sıfıra bərabərdir. Bura şəhər deyil, daş karxanasına bənzəyir. Qonşu kəndlərin sakinləri atılmış evləri tikinti materiallarına çevirərək onları öz kəndlərinə daşıyır.   “Şuşadakı 2 məşhur məscid kimi memar Kərbəlayi Səfi xan tərəfindən inşa olunan Cümə məscidi bu ölü şəhərdə salamat qalan yeganə obyektdi. Məscidin girişində “Dövlət tərəfindən qorunur” yazılı lövhə olsa da, məbədin içi peyin və yazılarla doludur”.   Rus səyyah Ağdamda mobil telefonların Azərbaycanın “Azersell” mobil operatorunun şəbəkəsinin də tutduğunu yazır.

“Ağdam həm də absurd teatrıdır. Hələ Nor Marağada (Qızıl Kəngərli) mənim mobil telefonum “Qarabağtelekom”la yanaşı, Azərbaycanın “Azercell” dalğasını da tuturdu. Ağdam məscidinə qalxdığım zaman isə “Azercell” telefonumu Bakı vaxtına uyğunlaşdırdı və Bakıda Rusiya səfirliyinin koordinatlarını göstərən SMS atdı”.   Rusiyalı səyyah erməni əsgərlərin müşayiəti ilə Nizami küçəsi, Haqverdiyev teatrı və “Ağdam restoranı”nın nə vaxtsa yerləşdiyi məkanlardan keçdiyini yazıb.   Sergey Novikov şəhəri ürək ağrısı ilə tərk etdiyini vurğulayıb.

“Zülmət çökdükdən və şəkil çəkmək mümkün olmadıqdan sonra maşınla Xankəndinə qayıtdım. Xankəndinin işıqlı küçələrinə baxanda Ağdam kabus dolu yuxu kimi gəlirdi. Qəribədir, 1 saat əvvəl başqa hisslərdə idim. Bir anlıq dünyada heç bir şəhərin canlı olmadığını düşündüm. Ürəyimdən bir sızıltı keçdi”. 

















































Vüqar İsmayılov
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!