Modern.az

Partiyadaşları Hafiz Hacıyevdən istefa tələb ediblər

Partiyadaşları Hafiz Hacıyevdən istefa tələb ediblər

25 Noyabr 2010, 17:17

MMP-nin Nəsimi və Xəzər rayon təşkilat sədrləri istefa veriblər

Azərbaycanda keçirilən son parlament seçkilərinin nəticələri bir çoxları kimi Müasir Müsavat Partiyasının üzvlərinin də böyük narazılığına səbəb olub. Müasir Müsavat Partiyasına bu cür münasibət bəslənməsinə aydınlıq gətirmək üçün partiyanın Siyasi Şurası bu gün öz toplantısını keçirib. Modern.az-ın məlumatına görə, toplantı iştirakçıları builki parlament seçkilərində partiyanın bu günə qədər qazandığı az-çox uğurların hamısının üstündən xətt çəkildiyini bildiriblər və bütün günahların partiyanın sədri Hafiz Hacıyevin yürütdüyü siyasətdə olduğunu qeyd ediblər. Ondan bu iflasın səbəblərinin izahını tələb ediblər.

Siyasi Şura üzvləri  toplantıda çıxış edərək qeyd ediblər ki, Müasir Müsavat Partiyası həmişə dövlətçiliyi müdafiə edib.

"2003-cü və 2008-ci il prezident seçkilərində və 2005-ci il parlament seçkilərində Azərbaycan hakimiyyətinin ən ağır günlərində  onun yanında olub və bu hakimiyyətin yeganə dayağı rolunu oynayıb. Bütün həyatını təhlükə qarşısında qoymuş Hafiz Hacıyev və onun partiyadaşlarına bu hakimiyyət daxilində belə biganə münasibət bəslənməsi qəbuledilməzdir. Buna görə də  partiya öz siyasi mövqeyində artıq  bir dönüş yaratmalıdır, gələcəkdə atacağı addımlara diqqət etməlidir".

Çıxışlardan sonra Siyasi Şuradakı narazı qrup  Hafiz Hacıyevin istefa verməsi təklifi ilə çıxış edib. Hafiz Hacıyev isə bu addımı atmaqdan imtina edərək MMP Nizamnaməsinin 6.3.3 maddəsinə uyğun olaraq öz səlahiyyətlərindən istifadə edib, Siyasi Şuranın qərarına veto qoyub və partiyanın növbədənkənar qurultayının çağrılmasını Siyasi Şuradan tələb edib. Siyasi Şura Hafiz Hacıyevin bu qərarına tabe olaraq mart-aprel aylarında partiyanın növbədənkənar qurultayının keçirilməsinə qərar verib. Buna etiraz edən partiyanın Nəsimi və Xəzər rayon təşkilat sədrləri tutduqları vəzifələrdən istefa verdiklərini bəyan ediblər. 

Qurultayın keçirilməsi iəl bağlı isə Təşkilat Komitəsi yaradılıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!