Modern.az

QHT-lərə Dövlət Dəstəyi Şurası müsabiqəyə 1 milyon manat ayırıb

QHT-lərə Dövlət Dəstəyi Şurası müsabiqəyə 1 milyon manat ayırıb

Qarabağ

14 Dekabr 2010, 12:11

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci ildə QHT-lərin maliyyələşdirilməsi üçün birinci qrant müsabiqəsinə ümumilikdə 1 milyon manat ayırıb. Bu barədə Modern.az saytına Şuranın katibliyindən məlumat verilib.
Şuradan bildirilib ki, dekabrın 6-dan müsabiqədə iştirak etmək istəyən QHT-lərdən sənədlərin qəbulu başlayıb.
Budəfəki müsabiqə 8 istiqamət üzrə keçirilir. Ərizələrin qəbulu 30 dekabr 2010-cu il tarixində başa çatacaq.

QHT-lərə Dövlət Dəstəyi Şurasının məlumatına görə, müsabiqənin nəticələri 2011-ci ilin martın 1-dən sonra elan olunacaq.

Şura ilk növbədə Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasına uyğun olaraq, aşağıdakı mövzular üzrə layihələrə üstünlük verəcək:

N

Müsabiqənin istiqamətləri

1 layihənin maksimum məbləği

Müsabiqənin ümumi fondu

1

İnsan hüquqları və demokratiya

     10.000,0   

           90.000,0   

2

Azərbaycanın ərazi bütövlüyünün bərpası və erməni təcavüzündən zərər çəkənlərin hüquqlarının beynəlxalq səviyyədə qorunması istiqamətində təşəbbüslər

     10.000,0   

           90.000,0   

3

Təhsil məsələlərinə dair təşəbbüslər 

     15.000,0   

          120.000,0   

4

Mədəniyyətə dair təşəbbüslər

     10.000,0   

           80.000,0   

5

Səhiyyə məsələlərinə dair təşəbbüslər

     10.000,0   

           80.000,0   

6

Ətraf mühitin mühafizəsinə dair təşəbbüslər

     10.000,0   

           90.000,0   

7

Region QHT-lərinin təşəbbüslərinin dəstəklənməsi

     14.000,0   

          250.000,0   

8

Sosial məsələlərə dair təşəbbüslər

     15.000,0   

          200.000,0   

 

CƏMİ

 

     1.000.000,0   

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi