Modern.az

Obama Avropa liderlərini ittiham etdi

 Obama Avropa liderlərini ittiham etdi

11 Mart 2016, 22:15

 

ABŞ prezidenti Barak Obama Avropanın, xüsusilə Britaniya və Fransanın liderlərini Liviyadakı qarışıqlığa görə günahkar adlandırıb. Modern.az xarici mediaya istinadən bildirir ki,  o, bununla bağlı “The Atlantic” jurnalına müsahibəsində deyib.

“Mən o günlərin hadisələrini göz önünə gətirəndə fikirləşirəm ki, nəyi düzgün etməmişik. Sözsüz ki, tənqid üçün açıqlıq var – mən avropalılara sərhədləri yaxın olduqlarına görə onların bütün situasiyaya daha çox diqqət yetirəcəklərinə inanmışdım”, - Obama jurnalistlərə deyib.

O, Fransanın keçmiş prezidenti Nikolya Sarkozi və Böyük Britaniyanın baş naziri Devid Kemeronu xüsusi vurğulayıb.

Obamanın sözlərinə görə, Sarkozi Liviyaya müdaxilədən bir il sonra vəzifəsindən gedib, Kemeron isə digər işlərə maraq göstərərək bu situasiyaya vaxt ayırmadı.

“Biz düşündüyümüzü yaxşı həyata keçirirdik. BMT-dən mandat almışdıq, koalisiya qurmuşduq, hər şey bizə bir milyard dollara başa gəlirdi – bu da hərbi əməliyyat üçün çox aşağı məbləğ idi. Biz dinc əhali arasında çox itki olmamasndan yayına bilmişdik, uzun və qanlı vətəndaş müharibəsinin qarşısını ala bildik. Ancaq buna baxmayaraq Liviyada dərəbəylikdir” – Obama deyib.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü