Modern.az

Rusiyada yeniyetmə qızı zorlayan azərbaycanlılar yaxalandı

Rusiyada yeniyetmə qızı zorlayan azərbaycanlılar yaxalandı

Dünya

28 Mart 2016, 12:41

Rusiyanın Buryatiya muxtar respublikasında 1 gecədə 2 zorlama hadisəsi törədən iki Azərbaycan vətəndaşı saxlanılıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, martın 27-də gecə saatlarında Ulan-Ude şəhərinin yaxınlığındakı qəsəbələrdən birində 16 yaşlı yeniyetməni zorlayan azərbaycanlılar bir qədər sonra şəhərin “Havana” klubunun qarşısında maşınlarına sərnişin qismində əyləşdirdikləri 17 yaşlı yeniyetmə qızı da zorlayıb.

Rusiya İsitntaq Komitəsinin Buryatiya respublikası üzrə şöbəsi qısa zamanda 17 və 25 yaşlı adları açıqlanmayan Azərbaycan vətəndaşlarını saxlayıb.

Onların əvvəllər də analoji cinayətlər törətdiyi ehitmal olunur.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi