Ötən həftə ərzində 4 nəfər günvurma diaqnozu ilə təcili tibbi yardıma müraciət edib.
Bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.
Stansiyanın məlumatına görə, yay mövsümü başlayandan ümumilikdə 36 nəfər günvurma şikayəti ilə təcili yardıma müraciət edib.
19-25 iyul tarixlərində müraciət edən 4 nəfərdən biri uşaq olub və günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Digər 4 nəfərə isə yerində yardım göstərilib.