Modern.az

Daxmada yaşayan kimsəsiz qadının acınacaqlı həyatı - FOTOLAR

Daxmada yaşayan kimsəsiz qadının acınacaqlı həyatı - FOTOLAR

Ölkə

5 Mart 2023, 15:21

Daxmada yaşayır, yanında nə həyat yoldaşı var, nə də övladı...

 

Modern.az xəbər verir ki, söhbət Şabran rayonunun Padar kənd sakini İsgəndərova Fəzilə Qənbər qızından gedir. 53 yaşı olan qadın çətin durumla üzləşib. Heç bir yerdən gəliri olmayan F.İsgəndərova illər öncə həyat yoldaşını itirib, qız övladı da ailə həyatı quraraq, İmişliyə gəlin köçüb. O, 3-4 aydan bir anasına baş çəkməyə gəlir. 

 

Sözün əsl mənasında dözülməz şəraitdə yaşayan F.İsgəndərovanın maddi durumunun pis olması ilə yanaşı, səhhətində də ciddi problemlər var. Bir müddətdir ki, onun xəstəlikdən ayaqları tutulub, əl barmaqları sınıb. Hərəkətsiz qalan qadın gününü yataqda keçirir. Bir neçə il əvvəl pensiyası kəsildiyindən onun heç bir yerdən gəliri yoxdur. Ümid qalır kənd sakinlərinin köməyinə.

 

F.İsgəndərovanın sözlərinə görə, pensiyası kəsiləndən sonra problemləri daha da artıb. Bir neçə dəfə dövlət qurumlarına müraciət etsə də, pensiya yaşı tamam olmadığına görə, ona müavinət verilməyəcəyi bildirilib.

 

"Qonşular, digər kənd sakinləri mənim üçün yemək gətirir, kömək edirlər. Hamısına minnətdaram. Bir istəyim var, o da pensiyadır. Mənə pensiya verilsə, heç olmasa yemək, dərman alaram", - deyə Padar kənd sakini rəsmi qurumlardan kömək istəyib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı