Modern.az

Lənkəranda dəniz minası TAPILDI

Lənkəranda dəniz minası TAPILDI

Ölkə

29 May 2023, 13:04

Lənkəranda Xəzər dənizinin sahil zolağında, çimərlik ərazisində mina tapılıb.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, əraziyə mütəxəssislər cəlb edilib. İnsanlar təxliyə edilməklə təhlükəsizlik tədbirləri görülüb və mina zərərsizləşdirilib.

 

Qeyd edək ki, ərazidə vaxtilə sovet ordusuna aid hərbi hissə yerləşib. Dənizdə su səviyyəsi artdıqdan sonra ərazi su altında qalıb. Artıq bir neçə ildir ki, bu ərazilər quruduqca minalar aşkar edilərək müvafiq qurumların əməkdaşları tərəfindən zərərsizləşdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü