Modern.az

Ceyhun Bayramov Lavrovla DANIŞDI

Ceyhun Bayramov Lavrovla DANIŞDI

Ölkə

23 Mart 2024, 15:21

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla danışıb.

 

Bu barədə Modern.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

 

Telefon danışığı zamanı nazir Ceyhun Bayramov 22 mart tarixində Moskva şəhərində yerləşən "Crocus City Hall" mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən dəhşətli terror aktı ilə əlaqədar dərin kədər hissi keçirdiyini bildirib.

 

Nazir həyatını itirənlərin ailələrinə və yaxınlarına, Rusiya xalqına və hökumətinə dərin hüznlə başsağlığı verib və yaralananlara tezliklə şəfa diləyib.

 

Qeyd olunub ki, Azərbaycan terrorizmdən əziyyət çəkən dövlət kimi terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır