Modern.az

Sərdar Cəlaloğlunun partiyasına yeni ofis verildi - "İki ofisdə yerləşməyi düşünürük"

Sərdar Cəlaloğlunun partiyasına yeni ofis verildi -

Ölkə

9 Aprel 2024, 15:36

Aprelin 8-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Demokrat Partiyasına (ADP) ofis sahəsi təqdim edilib. Partiya nümayəndələri fəaliyyət göstərəcəkləri ofislə tanış olublar.

 

ADP sədri Sərdar Cəlaloğlu Modern.az-a bildirilib ki, ofislə bağlı Partiya özü müraciət edib:

 

"Ofislə bağlı biz özümüz müraciət etdik. Bizə 100 kvadrat metrlik yer ayırdılar. Təbii ki, biz bütünlükdə partiya olaraq bura yerləşə bilmərik. Ona görə də Partiyanın bir hissəsini orada, digər hissəsini isə başqa ofisdə yerləşdirməyi düşündük. Məclisimizi və sair orada yerləşdirəcəyik. Ofis çox balacadır. Bundan artığını bizə vermək fikirləri olmadığı üçün iki ofisdə yerləşməyi düşünürük", - o qeyd edib.

 

Bir müddət əvvəl digər partiyalar kimi, Azərbaycan Demokrat Partiyası da maliyyə hesabatını təqdim edib. Partiyanın maliyyə hesabatı sıfır manat olub.

 

Sərdar Cəlaloğlu bildirib ki, onlara heç kəs ianə vermir.

 

"Başqa yerdən də gəlirimiz yoxdur. Çünki “Siyasi partiyalar haqqında” qanun iqtisadi fəlaiyyəti qadağan edir. Biz üzvlük haqları toplamaqla bağlı qərar verdik. Üzvlük haqları isə hər bir təşkilatın yerli xərcləri üçün istifadə olunur. Ona görə də böyük üzvlük haqları da yığa bilmirik. Üzvlərimizin demək olar ki, 90 faizi işsizdir. Yəni  rəsmi gəliri olmayan, iş yeri olmayan adamlarıdır. Ona görə də bizim elə sən deyən maliyyə əməliyyatı aparmaq imkanımız yoxdur. Heç vaxt banka nəsə qoyub, çıxartmamışıq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir