Modern.az

Sadır Japarov Azərbaycana niyə gəlir...

Sadır Japarov Azərbaycana niyə gəlir...

Ölkə

15 Aprel 2024, 22:25

Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 24-25-i tarixlərində Azərbaycana səfər edəcək.

 

Modern.az xəbər verir ki, Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev "Sputnik"ə açıqlamasında səfərin detallarını açıqlayıb.

 

Diplomat bildirib ki, səfər zamanı 10-dan artıq sənədin imzalanması nəzərdə tutulur.

 

Həmçinin artıq əldə edilmiş razılaşmaların həyata keçirilməsi, ilk növbədə İssık-Kul sahillərində nəzərdə tutulan beşulduzlu otelin tikintisi müzakirə ediləcək.

 

Səfir xatırladıb ki, S.Japarov ötən ilin noyabrında Bakıda keçirilən SPECA sammitində iştirak edib.

 

"Hər iki ölkənin dövlət başçıları həm Türk Dövlətləri Təşkilatı, həm də Müstəqil Dövlətlər Birliyi çərçivəsində də görüşlər keçirirlər. Onlar arasında dərin işgüzar münasibətlər mövcuddur. Bununla yanaşı, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qırğızıstana səfəri çərçivəsində Prezident Sadır Japarovu Azərbaycan Prezidenti İlham Əliyevin adından COP29 sammitində iştirak etmək üçün bu ölkəyə səfərə dəvət edib", - o qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!