Modern.az

Şəhid Gülalı Dadaşovla vida mərasimi keçirilir - FOTO

Şəhid Gülalı Dadaşovla vida mərasimi keçirilir - FOTO

7 May 2024, 12:26

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 ildən sonra dəfn yeri və kimliyi müəyyənləşdirilən şəhid Gülalı Dadaşovun qalıqları ailəsinə təhvil verilib.

 

Modern.az xəbər verir ki, bu gün Bakıda şəhidin ailə üzvlərinin yaşadığı evdə vida mərasimi keçirilir.

 

Vida mərasimində şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak edir.

 

Şəhid Gülağa Dadaşovun qalıqları Nizami rayonu Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn ediləcək.

 

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində Füzuli istiqamətində itkin düşən Gülalı Dadaşovun Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.(APA)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi