Modern.az

Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik - ABŞ Prezidenti 

Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik - ABŞ Prezidenti 

Ölkə

25 May 2024, 13:00

"Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha təsdiq edir". 

 

Modern.az xəbər verir ki, bunu ABŞ Prezidenti Bayden Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda yazıb. 

 

"Biz Azərbaycan və Ermənistanın davamlı və ləyaqətli sülhün təmin edilməsinə yönəlmiş addımlarını alqışlayırıq və bu səyləri dəstəkləməyə hazırıq. Ən əsası isə, biz Azərbaycan xalqı ilə tərəfdaşlığımızı inkişaf etdirməyi və əlaqələri möhkəmləndirməyi arzulayırıq", - deyə Amerika lideri vurğulayıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Aztv-nin kamerası Ermənistan tırlarını görüntülədi- Sərhədə nə daşınır?