Modern.az

Deputat məmur monopoliyasının qarşısını almağa ÇAĞIRDI: “Süni qiymət artımı baş verir”

Deputat məmur monopoliyasının qarşısını almağa ÇAĞIRDI: “Süni qiymət artımı baş verir”

Parlament

16 Noyabr 2021, 16:00

"2021- ci ildə əhalinin gəlirlərinin artması ilə yanaşı, inflyasiyanın da artması əhalinin vəziyyətinin pisləşməsinə gətirib çıxarılıb".

Modern.az xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisdəki çıxışında bildirib. O qeyd edib ki, nəticədə əhalinin real gəlirləri aşağı düşüb:

"Çünki inflyasiya 6 faiz civarındadır. 2022- ci ildə 1,4 milyardlıq böyük sosial paket həyata keçiriləcək. Əmək haqqı 8 faiz artacaq. Büdcədə də nəzərdə tutulur ki, inflyasiya 4 faizə çatacaq. Ancaq Elman Rüstəmov da bildirdi ki xarici amillər hesabına inflyasiya 2,5 faiz, daxil amillər hesabına 2,5 faiz, monetar hesabla isə 1,3 faiz olacaq. Bu da 6 faizə yaxın inflyasiya deməkdir. Məmur monopoliyası nəticəsində süni qiymət artımı baş verir. Bunun aradan qaldırılması üçün ciddi tədbirlərin görülməsinə ehtiyac var. Biz monopoliyanın xalqa vurduğu 2,5 milyard ziyanın qarşısını ala bilərik".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi