Modern.az

Türkiyə bu ağır sınaqdan üzüağ çıxacaq - Sahibə Qafarova

Türkiyə bu ağır sınaqdan üzüağ çıxacaq - Sahibə Qafarova

Parlament

17 Fevral 2023, 11:06

Türkiyədə baş verən zəlzələnin ilk günündən Azərbaycan qardaş ölkəyə yardımını əsirgəməyib.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova bildirib.

 

“Son hadisələr zamanı biz iki xalq arasında qardaşlıq münasibətlərini bir daha aydın şəkildə gördük. İstər dövlət səviyyəsində, istərsə də xalqlar arasında birlik bir daha sübut olundu. Onu da qeyd edim ki, Türkiyə qüdrətli dövlət kimi bu ağır sınaqdan üzüağ çıxacaq”, - deyə spiker vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı