Modern.az

TBMM sədri İlham Əliyevi təbrik etdi

TBMM sədri İlham Əliyevi təbrik etdi

Parlament

22 Fevral 2024, 13:00

Azərbaycan parlamenti layiqli formada APA-ya sədrliyi həyata keçirəcək, buna heç bir şübhəmiz yoxdur.

 

Modern.az xəbər verir ki, bunu TBMM sədri Nurman Kurtulmuş Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 14-cü Plenar Sessiyasının açılış mərasimdən sonra jurnalistlərə açıqlamasında deyib.

 

Nurman Kurtulmuş Prezident İlham Əliyevin Türkiyə səfərinə və iki dövlət arasındakı münasibətlərə toxunub.

 

"İki qardaş ölkənin münasibətləri yüksələn səviyyədə davam edir. Mən fürsətlən TBMM adından cənab Prezident İlham Əliyevi seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edirəm. Hesab edirik ki, böyük Qarabağ zəfərindən sonra bu zəfər də həm Azərbaycan xalqı adına, həm də türk dünyası adına böyük vədlər verir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir