Modern.az

Münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi hərbçilərə həvalə ediləcək

Münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi hərbçilərə həvalə ediləcək

29 Mart 2024, 16:06

Silahlı münaqişə zamanı mədəni sərvətlərin daşınma qaydası müəyyənləşirSilahlı münaqişə zamanı mədəni sərvətlərin daşınma qaydası müəyyənləşir.

 

Modern.az xəbər verir ki, bu  barədə Milli Məclisin Mədəniyyət komitəsində müzakirə edilən və plenar iclasa tövsiyə edilən “Tarix və Mədəniyyət abidələrinin qorunması haqqında” qanuna təklif edilən dəyişiklikdə qeyd olunub.

 

Qanun layihəsinə görə, silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi Silahlı Qüvvələrin hərbi qulluqçularına həvalə ediləcək. Silahlı münaqişə zamanı daşınar mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsində “Silahlı münaqişə zamanı daşınar mədəni sərvətlərin mühafizəsi haqqında” Konvensiyaya uyğun olaraq, fərqləndirici emblemlə işarələnmiş nəqliyyat vasitələrindən istifadə oluna bilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü