Modern.az

Deputat İrandan şikayətləndi: "Elə gözünüz Azərbaycanı görür"

Deputat İrandan şikayətləndi:

Parlament

5 Aprel 2024, 11:23

Bu gün Brüsseldə keçirilən görüşlə bağlı Azərbaycan öz mövqeyini bildirib. Son günlər Ermənistanın Azərbaycanla sərhəddə hərbi texnika toplayır. Burada məni narahat edən digər məsələ isə İranın susqunluğudur.


Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov bildirib. 


“44 günlük Vətən müharibəsində və ondan sonrakı dövrdə İran hər gün bəyanat verirdi və sərhəddə qoşun yığmışdı. Manevrlər keçirirdilər. Qeyd edirdilər ki, Zəngəzura daxil olmaq olmaz, İranın sərhəddi pozulur. Amma malası qurumamış Qafanda konsulluq açdılar. Bu gün həmin torpaqlarda NATO-nun, digər ölkənin kəşfiyyatçıları, eyni zamanda terrorçular var. İran bilməlidir ki, o torpaqlara yığılan silahlar Azərbaycan üçün yox, İran üçündür.  Digər tərəfdən İran parlamentində bir deputat deyib ki, Azərbaycandakı İsrail səfirliyinə hücum edək. Elə gözünüz Azərbaycanı görür. Əgər gücünüz çatırsa, Amerikada, Rusiyada və digər ölkələrdəki səfirlikləri hədələyin”, - deyə deputat qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik