Modern.az

Serbiya və Çin arasında 28 sənəd imzalandı

Serbiya və Çin arasında 28 sənəd imzalandı

Aktual

9 May 2024, 13:56

Çin Xalq Respublikasının Sədri Si Cinpinin Serbiyaya səfəri çərçivəsində iki ölkə arasında 28 sənəd imzalanıb.

 

Modern.az xəbər verir ki, sənədlər Serbiya ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinin artırılmasını nəzərdə tutur. Bundan başqa, Çin Sədri Si Cinpin və Serbiya Prezidenti Aleksandar Vuçiç iki ölkənin birgə gələcəyinin qurulmasına dair bəyannamə imzalayıblar.

 

Liderlərin görüşündə iki ölkə arasında münasibətlərin hazırki vəziyyətindən məmnunluq ifadə olunub, tərəfdaşlıq səviyyəsinin yüksəldilməsi barədə razılıq əldə edilib.

 

Aleksandar Vuçiç Çin ilə Serbiya arasındakı dostluğun möhkəm olduğunu vurğulayıb. Çin Sədri isə iki ölkə münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - qəza yerindən naməlum şəxsin qaçdığı görüntüləndi