Modern.az

Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Parlament

7 May 2024, 11:34

“ Heydər Əliyev düzgün qərarlar qəbul etməklə insanların ona bəslədiyi ümidi doğruldan şəxsiyyət olub. Bununla da o, böyük tarixi şəxsiyyətlərimizin dövlətçilik ənənələrini davam və inkişaf etdirib. Ümummilli liderin başladığı işlər Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılıb. Bu isə xalqımızın ən ümdə problemini həll etməyə imkan verib. 44 günlük Vətən müharibəsində qələbə təmin edilib. Ötən ilin sentyabr ayında aparılan antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində suverenliyimiz bərpa edilib. Biz bir məqamı da hər zaman vurğulayırıq ki, 1993-cü ilin iyununda Heydər Əliyev siyasətə bu binadan başlayıb”.


Modern.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında bildirib. 

 

“Mayın 10-da Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 20 ili tamam olur. Fondun yaradılması milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gəlib. Bu gün milyonların sevgisini qazanmış Fondun nailiyyətlərinin təməlində Fondun rəhbəri Mehriban xanım Əliyevanın böyük zəhməti və fədakarlığı dayanır. Onun humanizmi və səmimiyyəti Fondun hamıya yaxşı tanış olan simasını müəyyən edir.
Fondun fəaliyyətində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, 30 illik işğal dövründə dağıdılmış abidələrimizin bərpa edilməsi də əsas istiqamətlərdən biridir. Fondun vitse-prezidenti Leyla Əliyevanın Xocalı soyqırımının tanıdılması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əvəzsiz işlər görüb.
Fondun bir çox ölkələrdə şöbələri fəaliyyət göstərir. Bu gün Azərbaycanın yumşaq gücünü təcəssüm etdirən Heydər Əliyev Fondu humanizm fondu kimi qəbul olunur", -deyə sədr bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi