Modern.az

"Böyük Qayıdış Milli Qurtuluşun 32 ildən ildən sonrakı davamıdır" - Zahid Oruc

Parlament

14 İyun 2024, 10:24

“Biz Əliyevin gedişini də görmüşdük. 87-93-cü illərdə  “quruculuq xətti” qırılan kimi Sovet coğrafiyasının hər yerində - təkcə Ermənistanda deyil, Rusiyadan Orta Asiyaya və Gürcüstana qədər azərbaycanlıların kütləvi köçü başlandı. Bir neçə il sonra daxildə 100 minlərlə didərgin də 200 illik çarizm və son ümumittifaq qaçqınlığının növbəti pərdəsiydi. Lakin 80-ci illərdə imperiya rəhbərlərindən biri, yaxud 1993-cü ildə xiyabanlara və çadır şəhərciklərinə bürünən məmləkətə başçılıq edəndə də Heydər Əliyev hansı tarixi missiya qarşısında olduğunu yaxşı bilirdi. Əzəmətli Kremldə, ucqar Naxçıvanda, 93-cü ilin yanan Bakısında o,  son iki əsrdə məğlub olan bütün milli rəhbərlərin yarımçıq taleyini təmsil edirdi. Əcdadlarımızın məğlubiyyət silsiləsini durdurub, nəhayət, qalib millət yaratmaq - Qurtuluşdan Zəfərə gələn yolu göstərir.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib. 

 

O qeyd edib ki, indi ölkəmizə qələbə gətirən “Dəmir Yumruq” əslində Heydər Əliyevə aid müharibə simvoludur:

 

"Ordusuz Horadiz əməliyyatı, silahsız etnik separatizmin məhvi, büdcəsiz qlobal neft savaşının udulması və nəhayət, bu parlament binasında oynanılan antixalq tamaşalarının durdurulması həmin “dəmir iradə”nin nəticəsiydi. Üç gün əvvəl öz xalqının məfkurəsində çevriliş edən Nikol Paşinyanın Ermənistanı özü boyda Patriarxata döndərmək istəyənlərə üzünü tutaraq, “Lissabon sammitindən sonra erməni rəhbərlər məğlub oldular və yalan danışdılar, 2018-ci ildə bunları biləndə gərək Qarabağı Azərbaycanın tərkibində tanıyaydım” deməsi Ulu Öndərin ruhunun təntənəsiydi. Uzun illər Əliyevin kölgəsini qılınclayanlar, indi gedib Böyük Liderdən əfv diləsinlər”. 


Deputat qeyd edib ki, ona qalib gələ bilməyənlər, son 4 ildə də İlham Əliyevə məğlub oldular:

 

“Qayıdış əbədi prosesdir. 2022-ci ilin 19 iyulunda Ağalıya, 2023-cü ilin 17 oktyabrında Füzuliyə, 2024-cü ilin 10 mayında müqəddəs Şuşaya və nəhayət, 28 mayda qan yaddaşımız Xocalıya dönüş də Milli Qurtuluşun 32 ildən ildən sonrakı davamıdır. Biz nəinki ölkəmizdə, bütün dünyada, Rusiya-Ukrayna savaşında, torpağından qan daman Qəzzada da Milli Qurtuluş arzulayırıq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dünyaya səs salan Qarabağ və Zəngəzur mədəniyyəti