Yağmurlu hava nəticəsində Kürətrafı rayonlarda təhlükəli durum davam edir. Modern.az saytı Kür çayının təhlükə törətdiyi raonların deputatları ilə əlaqə saxlayaraq son durumu öyrənib.
Salyan, Neftçala. “Böhranlı vəziyyət qalmaqdadır. Daim əlaqə saxlayıram. Təhlükəli durum aradan qalxmadığı üçün narahatçılıq var. Salyanda bəndlərdən suyun sızması nəticəsində çətin vəziyyət yaranıb. Bu sızmanın qarşısının alınması istiqamətlərdə işlər davam etdirilir. Yağışlar yağmasa, suyun səviyyəsi artmasa, təhlükəli durum yaranmayacaq. Kürün suyu əvvəlki vəziyyətinə çatana qədər təhlükəli durum qalacaq”.
Modern.az