Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Əmək Məcəlləsi, Ailə Məcəlləsinə əlavə və dəyişikliklər edilməsinə ehtiyac olduğunu vurğulayıb.
Modern.az xəbər verir ki, jurnalistlərə açıqlamasında komitə sədri vətəndaşların bu sənədlərlə daim təmasda olduğunu söyləyib: “Əhalinin sosial müdafiəsinə yönələn “Sağlamlığın qorunması”, “Bədən tərbiyəsi və idman haqqında” qanuna da dəyişiklik etməyə ehtiyac var”.
Komitə rəhbəri “Pasientin hüquqlarının qorunması haqqında qanun layhəsi”nin parlamentin növbəti sessiyasında bu qanun müzakirə olunacağını da diqqətət çatdırıb.
Modern.az