Modern.az

Xocalı soyqırımı ilə bağlı yeni şəkillər yayıldı

Xocalı soyqırımı ilə bağlı yeni şəkillər yayıldı

Qarabağ

1 Oktyabr 2019, 17:46

Türkiyəli savaş müxbiri İrfan Sapmaz Xocalı soyqırımı zamanı lentə aldığı daha bir neçə nadir fotoşəkli sosial şəbəkədə paylaşıb.

Modern.az-ın məlumatına görə, İ.Sapmaz paylaşdığı şəkillərə aşağıdakı şərhi yazıb:

“1992-ci il Xocalı qətliamı sırasında Azərbaycanda o dönəmin “Sony” kamerası ilə görüntü çəkirdim. Olayı “Hürriyet” qəzeti və çalıştığım TRT vasitəsilə dünyaya ilk dəfə çatdırmışdım. Bəlkə də bu fotolarda olan qardaşlarımızdan bəziləri şəhid olmuşdur”.

Qeyd edək ki, İrfan Sapmaz Xocalı soyqırımı hadisəsini dünyada işıqlandıran ilk jurnalistlərdəndir. 

O, müxtəlif ölkələrdə müharibə müxbiri kimi fəaliyyət göstərib. 90-cı illərin əvvəllərindən 2000-ci ilə kimi Azərbaycanda nəşr olunmuş “ Avrasiya” qəzetinin sahibi və baş redaktoru olub.


Hazırda Türkiyədə fəaliyyət göstərir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır