Modern.az

Bakı-Şuşa marşrutunda gediş haqqı AÇIQLANDI

Bakı-Şuşa marşrutunda gediş haqqı AÇIQLANDI

18 Yanvar 2022, 11:18

24 yanvar tarixindən etibarən Bakı-Şuşa və Bakı-Ağdam istiqamətində müntəzən avtobus marşrutları istifadəyə veriləcək. Artıq hər bir marşrut üzrə sınaq səfərləri həyata keçirilib, istismar ediləcək avtobusların sinifləri müəyyən olunub”.

 

Modern.az xəbər verir ki, bu sözləri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev “İşğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması” ilə bağlı brifinqdə deyib.

 

Onun sözlərinə görə, Bakı-Şuşa-Bakı marşrutunun birtərəfli qiyməti 10.40 manat, Bakı-Ağdam-Bakı marşurutunun birtərəfli qiyməti 9.40 manat təşkil edəcək:

 

“Bununla yanaşı, Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı - Şuşa, Bərdə-Ağdam istiqamatlərinda şəhərlərarası müntəzəm avtobus marşrutları istifadəyə veriləcək. Reyslər Əhmədbəyli-Şuşa maşrutu üzrə həftədə 4 dəfə, digər isiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil ediləcək”.


Əhmədbəyli-Şuşa-Əhmədbəyli marşrutunda biletin qiyməti 7 manat, Bərdə-Ağdam marşrutunda 5 manat, Füzuli Beynəlxalq Hava Limanı - Şuşa marşrutunda isə 6 manat olacaq:
 

“Bu qiymətlər yalnız bir istiqamətədir. Vətəndaşlar gediş-gəliş biletlərini eyni vaxtda almalıdılar".

Reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil ediləcək. Füzuli Beynəlxalq Hava Limanı-Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə reysləri ilə uzlaşdırılacaq.


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin brifinqdə iştirak edən rəsmisi Rəhman Hümmətov hazırda hər kəsin işğaldan azad edilmiş ərazilərə səfər etmək istədiyini, lakin avtobusların sayının buna imkan vermədiyini bildirib.


O vurğulayıb ki, məhz bu səbəbdən də hər bir şəxsin ildə bir dəfə səfər etməsi şərt kimi qoyulub.


Qurum rəsmisinin sözlərinə görə, prosesin gedişində avtobusların sayı artırıla bilər:

"Həmçinin tələb irəli sürülüb ki, insanlar gediş-dönüş biletini eyni anda alsınlar. Çünki ərazidə minalanmış yerlər ola bilər və əgər kimsə başqa yerlərə getmək istəsə bu fəsadlara gətirə bilər. Bu səbəbdən də belə şərt qoyulub".


Rəhman Hümmətov deyib ki, hələlik bu səfərlər yalnız ölkə vətəndaşlarına aiddir: "Gələcəkdə lazım gələrsə, xarici vətəndaşlar üçün də turizm səfərləri təşkil olunacaq".


Müəyyən imtiyazlı şəxslərə ildə bir dəfə bu istiqamətlər üzrə pulsuz bilet almaq imkanı yaradılıb. Bu kateqoriyaya Vətən Müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailəsinin üzvləri, Qarabağ müharibəsi əlilləri aiddir. İmtiyazlı şəxslər də daxil olmaqla bütün şəxslərə işğaldan azad olunmuş ərazilərə il ərzində yalnız bir dəfə səfər etmək hüququ verilir.

Whatsapp
Bizə yazın!
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik