Modern.az

“Paris-2024”dəki hədəfim qızıl medaldır"

“Paris-2024”dəki hədəfim qızıl medaldır

İdman

9 May 2024, 20:58

"Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanacağıma inanırdım”.

 

Modern.az xəbər verir ki, bu sözləri Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya təsnifat turnirində “Paris-2024”ə lisenziya qazanan Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov deyib.

 

60 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı daha əvvəldən bu cür nəticəni əldə edəcəyini inandığı bildirib: “Çox rahatam idim. Heç bir həyəcanım yox idi. Yarımfinalda geriyə düşsəm də, özünəinam sayəsində hər şeyi dəyişdim. Azərbaycanı “Paris-2024”də təmsil edəcəyim üçün çox xoşbəxtəm. Fransadakı hədəfim qızıl medaldır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - qəza yerindən naməlum şəxsin qaçdığı görüntüləndi