Modern.az

Talış kəndində 30 il sonra bayram tonqalı yandırıldı - VİDEO (YENİLƏNİB)

Talış kəndində 30 il sonra bayram tonqalı yandırıldı - VİDEO (YENİLƏNİB)

20 Mart 2023, 20:21

Tərtər rayonunun işğaldan azad edilən Talış kəndinə qayıdan ailələr 30 ildən sonra ilk dəfə bayram tonqalı yandırıb.

 

Modern.az xəbər verir ki, kənd sakinləri bayramı doğma torpaqlarında qeyd ediblər.

 

Əhali bayram tonqalı ətrafına yığışıb, musiqilər səslənib.

 

 

***

14:04

Tərtərin Talış kəndində 30 ildən sonra ilk bayram şənliyi keçirilib.

 

Modern.az xəbər verir ki, Talış kəndinə yeni köçən ailələr üçün təşkil olunan şənlikdə milli oyunlar, folklor nümunələri sərgilənib.

 

Kəndirbazlar ip üzərində oynayıb, pəhləvanlar qurşaq tutub. Yerli incəsənət adamları müxtəlif musiqi nümunələri ifa ediblər.

 

Daha sonra tədbir iştirakçıları Qarabağ atlarının keçidinə tamaşa ediblər. Bundan başqa, müxtəlif tamaşalar nümayiş olunub. 

 

Tədbirin gecə saatlarınadək davam etməsi planlanlaşdırılır.

 

Xatırladaq ki, martın 16-da 20 ailə Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndinə köçürülüb. Növbəti mərhələdə daha 158 ailənin köçürülməsi nəzərədə tutulur.

 

Təqdim etdiyimiz fotolar Trendə məxsusdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı