Modern.az

Faciə ilə xatırlanan Xocalının doğma övladları müjdəni Prezidentdən aldılar - VİDEO

Faciə ilə xatırlanan Xocalının doğma övladları müjdəni Prezidentdən aldılar - VİDEO

Qarabağ

3 Yanvar 2024, 15:44

Faciə ilə xatırlanan Xocalının doğma övladları yurdlarına qayıtmağı səbirsizliklə gözləyirlər.

 

AzTV-yə danışan Əbdülovlar ailəsi bildirib ki, ailə başçıları Xocalı həsrəti ilə dünyadan köçüblər, qonşuları şəhid olublar. Xocalıya qayıdış ağrılı olsa da, o günü səbirsizliklə gözləyirlər. 

 

Yeganə Əbdülova deyir ki, ilk köç müjdəsini Ali Baş Komandan İlham Əliyevdən alıb:

 

“Biz artıq Xocalıya qayıdış üçün imza atmışıq”. 

 

Ailənin tək övladı Anar Əbdülovun Xocalıdan çıxanda 9 yaşı olub. Hazırda o, tarix müəllimi kimi Xocalı məktəbində dərs deyir. Bu mənada Xocalıya qayıdış onun üçün daha məsuliyyətlidir. 

 

Modern.az ətraflı videonu təqdim edir:

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi