Modern.az

Qarabağda ermənilərə qarşı etnik təmizləmə aparılmayıb - Rusiya iddiaları RƏDD ETDİ

Qarabağda ermənilərə qarşı etnik təmizləmə aparılmayıb - Rusiya iddiaları RƏDD ETDİ

Qarabağ

12 Yanvar 2024, 13:36

"Biz Qarabağdakı Rusiya sülhməramlıları ilə bağlı bəyanatları görürük və onları həqiqətə uyğun olmayan hesab edirik".

Modern.az xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O deyib ki, Ermənistanda Rusiya sülhməramlılarının Qarabağ ermənilərini müdafiə etməməsi ilə bağlı bəyanatlar reallığa uyğun gəlmir, bunlar məsuliyyətdən azad olmaq üçün faktlarla manipulyasiya etmək cəhdləridir.

“Biz Ermənistan Xarici İşlər Nazirliyindəki həmkarlarla çox etibarlı, yaxşı, sıx dialoq qurmuşuq. Biz dəfələrlə bu bəyanatlarla bağlı Rusiyanın mövqeyini izah etmişik və demişik ki, bunlar yalnız ikitərəfli münasibətlərə yeni problemlər gətirir və əlbəttə ki, heç nəyə töhfə vermir: nə ikitərəfli gündəliyin möhkəmlənməsinə, nə də regional problemlərə. Amma təəssüf ki, görünür, bu orada kiməsə sərfəlidir. Bunun Ermənistanda kiməsə sərfəli olub-olmadığını bilmirəm, xaricdə kiməsə sərfəli olub-olmadığını da söyləmək çətindir. Hesab edirik ki, bunlar məsuliyyətdən yayınmaq üçün faktları saxtalaşdırmaq cəhdləridir. Mən bunu başqa cür qiymətləndirə bilmərəm”, - deyə Zaxarova bildirib.

M.Zaxarova bəyan edib ki, Qarabağda ermənilərə qarşı hər hansı etnik təmizləmə həyata keçirlməyib.

O deyib, Ermənistan tərəfinin buna dair sübutları varsa, təqdim etsin.

"Rusiya sülhməramlıları mülki şəxsləri sığınacaqla təmin edib, humanitar yardım çatdırıb və tibbi təxliyə təşkil edib. Heç kimin onları təhqir etməyə haqqı yoxdur və biz onları təhqir edənlərə cavab verəcəyik”, - deyə Zaxarova bildirib.
 

“Qarabağda etnik təmizləmə iddialarına gəlincə, mən yenə də bəzi faktları görmək istərdim. Əgər İrəvanda nüfuzlu sayılan hər hansı beynəlxalq təşkilatdan heç olmasa hansısa sənəd və ya bu cür etnik təmizləmənin baş verdiyini göstərən hər hansı bəyanat varsa, lütfən, bizə bu sənədin linklərini təqdim edin.

Biz öz növbəmizdə Bakının bəyanatları əsasında erməni əhalisinin Qarabağa qayıtması üçün şərait yaradılmasının vacibliyini dəfələrlə qeyd etmişik”, - Zaxarova qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi