Modern.az

Bakıda “ekzit-poll” təlimlərinə start verilib

Bakıda “ekzit-poll” təlimlərinə start verilib

Qarabağ

5 Oktyabr 2010, 15:20

Modern.az xəbər verir ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi (ELS) bu ilin noyabr ayında baş tutacaq parlament seçkilərində “ekzit-poll” tədqiqatını 118 dairə üzrə 1180 məntəqədə həyata keçirəcək. Bu məqsədlə mərkəz oktyabr ayının 2-dən etibarən “ekzit-poll” tədqiqatına hazırlıq üçün bir sıra tədbirlərə start verib.
Belə ki ilkin olaraq, Bakı şəhərində tədqiqatı həyata keçirəcək intervüerlər təlimlərə cəlb olunub. Onlara “ekzit-poll” zamanı tədqiqat müddətində görəcəkləri işlər, o cümlədən respondentlərə davranış, yeni informasiya kommunikasiya texnologiyalardan istifadə, məlumatların ötürülməsi və digər qaydalar izah olunub. Bu proses oktyabrın 8-ə kimi davam edəcək. Həmin tarixdən oktyabr ayının 20-ə kimi isə, təlimlər Azərbaycanın bütün regionlarında keçiriləcək.

Qeyd edək ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2008-ci ildən etibarən Azərbaycanda keçirilən prezident və bələdiyyə seçkilərində, həmçiniin referendum zamanı “ekzit-poll” tədqiqatını həyata keçirib. Ötən seçki illərindən fərqli olaraq, mərkəzin bu il noyabr ayının 7-də keçiriləcək parlament seçkilərində tədqiqatın miqyası daha çox seçki məntəqəsini əhatə edəcək. Onu da əlavə edək ki, mərkəzin “ekzit-poll” tədqiqatı və seçki prosesinin tədqiqi sahəsindəki peşəkarlığı nəzərə alınaraq, bu təşkilat Avropa ölkələrində seçkiləri keçirən təşkilatların Assosiasiyasına üzv qəbul edilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi